Moskvada 70 yaşlı qadın oğurlanıb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, dekabrın 23-də Moskva vilayətində 70 yaşlı təqaüdçü müəmmalı şəkildə yoxa çıxıb. Müəyyən edilib ki, yaşlı qadın Kaşirdəki bağ evinə gedib. Bir neçə saatdan sonra qızına zəng edərək bir nəfərin onu zorla maşının baqajına qoyub başına vurduğunu deyib və bundan sonra əlaqə kəsilib.
Qadının qızı hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. Polis itkin düşən qadının hara aparıldığını bilmək üçün müşahidə kameralarından baxıb və eyni zamanda magistral yolda hərəkət edən bütün avtomobilləri yoxlayıb.
Cinayət törətməkdə şübhəli bilinən, adam öldürməyə cəhd və zorlamaya görə cəza çəkdiyi həbsxanadan bir müddət əvvəl azad edilmiş 72 yaşlı Topkanovo kənd sakini saxlanılıb. Onun avtomobilinin yük yerində qan izləri, yaxınlıqdakı zibil qutularında itkin düşən şəxsin əşyaları aşkar edilib.
Cinayət işi üzrə istintaq davam etdirilir, təqaüdçünün axtarışı davam etdirilir.