Mingəçevirdə mənzildən meyit tapılıb.
Lent.az-ın məlumatına görə, 71 yaşlı Musayev Vahid Namaz oğlu yaşadığı evdə ölü halda aşkarlanıb.
Onun meyiti bağlı qapı arxasında olduğundan hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Əldə etdiyimiz məlumata görə, V. Musayev şəkərli diabet xəstəsi olub. Onun xəstəlik səbəbilə dünyasını dəyişdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.