Mingəçevirdə küçədə meyiti tapılan şəxsin kimliyi 4 gün sonra müəyyən olunub.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, meyiti tapılan şəxsin 70 yaşlı şəhər sakini Əbülfəddin Muxtar oğlu Məmmədov olduğu bildirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Mingəçevirdə Heydər Əliyev prospekti ilə Nəsimi küçəsinin kəsişməsində 50-52 yaşlarında kişinin meyiti aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.