70 yaşlı həkimə saxta əlilliyə görə cinayət işi açıldı
17 yanvar 2023 16:45 (UTC +04:00)

70 yaşlı həkimə saxta əlilliyə görə cinayət işi açıldı

Sumqayıtda həkimə cinayət işi açılıb.

Lent.az-ın məlumatına görə, 2 saylı şəhər xəstəxanasının terapiya şöbəsinin həkim-revmatoloqu 70 yaşlı İmanova Firuzə Ağadadaş qızı Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddəsilə təqsirli bilinir.

İttiham aktına əsasən, F. İmanova 2021-ci ilin iyul ayının 1-dən, avqustun 13-dək həmin şöbənin müdiri Şəkərəli Həsənov məzuniyyətdə olarkən onu əvəz edib. Bu zaman isə müraciət edən 3 nəfərə əlillik alması üçün xəstəlik dərəcəsini sənədlərə qəsdən ağır qeyd edib.

Məhkəmənin qərarı ilə onun barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.

Cinayət işinin məhkəmə istintaqı davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2667
avatar

Mehman Nəbiyev

Oxşar yazılar