61 yaşlı azərbaycanlı  sevgilisini öldürdü
20 fevral 2023 13:49 (UTC +04:00)

61 yaşlı azərbaycanlı sevgilisini öldürdü

Rusiyanın Kaluqa vilayətində dəhşətli hadisə baş verib. 

Lent.az-ın məlumatına görə, vilayətin Lyudinovo kəndində 61 yaşlı azərbaycanlı özündən 20 yaş kiçik sevgilisini döyərək öldürüb. 

Məlumata görə, onlar neçə ildir bir yerdə yaşayırdılar. Azərbaycan vətəndaşı kiçik bizneslə məşğul olurdu. Fevralın 18-də axşam saatlarında yemək yeyərkən onların arasında mübahisə yaranıb. Nəticədə qadın çoxsaylı yumruq zərbələri alıb və yerindəcə ölüb. 

Faktla bağlı Koluqa vilayət prokurorluğunda cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3301

Oxşar yazılar