6 fahişəxananın işini təşkil edən polis saxlanıldı
12 avqust 2023 19:50 (UTC +04:00)

6 fahişəxananın işini təşkil edən polis saxlanıldı

Odessada hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət ortaqları ilə birlikdə bir polisin təşkil etdiyi əxlaqsızlıq yuvaları şəbəkəsini ifşa ediblər.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, şəhərdə həmin polis və ortaqlarının 6 intim salonu olub.

Müəyyənləşib ki, polis şərikləri ilə birlikdə 18 yaşdan 45 yaşa qədər 20-dən çox qadını işə cəlb edib. Həmin polis qulluq mövqeyindən istifadə edərək bu biznesin mövcudluğunu ört-basdır edib. Salonlara əsasən əcnəbilər dəvət olunurmuş. Xidmətlərin qiymətləri gecə üçün 500 dollardan başlayıb və şəbəkə sahiblərinin aylıq gəliri 30 min dollardan çox olub.

Faktla bağlı mütəşəkkil dəstə tərəfindən dələduzluq, o cümlədən mənfəət əldə etmək məqsədi ilə əxlaqsızlıq yerlərinin yaradılması və saxlanması şübhəsi ilə cinayət işləri başlanıb. Salon sahiblərini əmlakı müsadirə olunmaqla on ilə qədər həbs gözləyir. Şübhəli polisin barəsində həbs-qətimkan tədbirinin seçilməsi və onun tutduğu vəzifədən uzaqlaşdırılması məsələsi də həll olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6129
avatar

Oxşar yazılar