56 yaşlı qadın sirkə turşusu içərək  intihar etdi
26 noyabr 2024 22:25 (UTC +04:00)

56 yaşlı qadın sirkə turşusu içərək intihar etdi

Oğuzda sirkə turşusundan zəhərlənən 56 yaşlı qadın xəstəxanada ölüb.  

Lent.az-ın məlumatına görə, bu gün günorta saatlarında rayonun Bucaq kənd sakini, 1968-ci il təvəllüdlü Leyla Osman qızı Musayeva ağır zəhərlənmə əlamətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Yardım Şöbəsinə daxil olub.  

Müayinə zamanı L. Musayevanın sirkə turşusundan zəhərləndiyi məlum olub. L. Musayeva axşam saatlarında xəstəxananın Reanimasiya şöbəsində həyatını itirib.

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 543
avatar

Oxşar yazılar