56 yaşlı piyada yolda CAN VERDİ
06 aprel 2024 09:35 (UTC +04:00)

56 yaşlı piyada yolda CAN VERDİ

Qəbələdə maşın piyadanı vurub. 

Lent.az-ın xəbərinə görə, ötən gün Əli Fərəcov idarə etdiyi “Xəzər” markalı avtomobillə yolu keçən piyada, 1968-ci il təvəllüdlü Araz İbrahimxəlilovu vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

# 1689
avatar

Fidan İlqar

Oxşar yazılar