Şəmkirdə bədbəxt hadisə baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Abdulla Əsədov müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə 51 yaşlı kişini işlədiyi yol tikintisi şirkətlərinin birində elektrik cərəyanı vurub. Faktla bağlı araşdırma aparılır.