Goranboy rayonunda qadını ilan vurub.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Aşağı Ağcakənd qəsəbəsində baş verib.
1971-ci il təvəllüdlü kənd sakini Gülməmmədova Türanə Əliqama qızı fərdi təsərrüfatında alaq otu təmizləyərkən ilan əlindən sancıb. Şəkər xəstəliyindən əziyyət çəkən qadının ilan sancmasından sonra vəziyyəti ağırlaşıb.
T.Gülməmmədova xəstəxanaya yerləşdirilib.