5 yaşlı uşağı avtomobil vurdu – vəziyyəti ağırdır
12 aprel 2022 20:23 (UTC +04:00)

5 yaşlı uşağı avtomobil vurdu – vəziyyəti ağırdır

0

Hadisə günorta saatlarında rayonun Dağlı kəndində baş verib. 

Lent.az-ın APA-ya istinadla məlumatına görə, kənd sakini, 2017-ci il təvəllüdlü Tunar Surac oğlu Bayramov "Changan" markalı minik avtomobili tərəfindən vurulub. 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 yaşlı T.Bayramov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1972

Oxşar yazılar