48 minə yaxın sürücüyə karantini pozduğu üçün cərimə yazıldı - RƏSMİ
05 may 2020 11:05 (UTC +04:00)

48 minə yaxın sürücüyə karantini pozduğu üçün cərimə yazıldı - RƏSMİ

Baş Dövlət Yol Polisi İdarəsi karantin rejimiilə əlaqədar ötən gün görülən işlərlə bağlı məlumat yayıb.

İdarədən Lent.az-a daxil olan xəbərə görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən karantin rejiminin pozulmasına görə dünən respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 486 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 47963 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1098
avatar

Mehman Nəbiyev

Oxşar yazılar