47 gün komada qalan gənc oğlan öldü
30 dekabr 2022 14:16 (UTC +04:00)

47 gün komada qalan gənc oğlan öldü

Bakıda ötən ay maşın vuran piyada xəstəxanada ölüb.

Lent.az xəbər verir ki, hadisə noyabrın 13-də Nizami rayonu ərazisində qeydə alınıb. 26 yaşlı İbrahimov İbrahim Rüstəm oğlunu avtomobil vurub. O, həmin gündən bu günədək Respublika Neyrocərrahiyyə Xəstəxanasında koma vəziyyətində olub.

Ancaq bu gün səhər saatlarında o, həmin xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1836
avatar

Mehman Nəbiyev

Oxşar yazılar