45 yaşlı kişi maşını ilə birgə  YOXA ÇIXDI:   Axtarılır
13 mart 2023 13:24 (UTC +04:00)

45 yaşlı kişi maşını ilə birgə YOXA ÇIXDI: Axtarılır

Bakıda 45 yaşlı kişi itkin düşüb. 

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb. 

Rayon sakini 1978-ci il təvəllüdlü Ramil Həsənov idarə etdiyi "Opel" markalı 99-XM-603 dövlət nömrə nişanlı avtomobili ilə birgə yoxa çıxıb. 

Onun itkin düşməsi barədə polisə məlumat verilib. Faktla bağlı Səbail polisi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1940

Oxşar yazılar