37 yaşlı kişi xəstəxanada öldü
29 yanvar 2020 10:04 (UTC +04:00)

37 yaşlı kişi xəstəxanada öldü

0

Sumqayıtda xəstəxanada ölüm hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında qeydə alınıb. İki gün öncə yüksək dozada narkotik istifadə edərək komaya düşən A.Q. xəstəxanaya yerləşdirilib.  Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1553

Oxşar yazılar