35 illik ayrılıqdan sonra atası ilə görüşdü:   Faciəli şəkildə öldü
06 oktyabr 2021 19:07 (UTC +04:00)

35 illik ayrılıqdan sonra atası ilə görüşdü: Faciəli şəkildə öldü

İngiltərənin Lankaşir qraflığının Flitvud şəhərinin Men adasının sakini 35 illik ayrılıqdan sonra atası ilə görüşüb və 10 dəqiqə sonra motosikletlə qəzaya düşüb.

Sentyabrın 27-də 56 yaşlı Pol Kouell təxminən 40 ildir görmədiyi atasını ziyarət etməyə gedib. Çoxdan gözlənilən görüşdə, oğullarına ilk dəfə babalarını görmək üçün video zəng edib.  Zəngdən sonra kişi motosikletə minərək anasının külünün basdırıldığı yerə gedib.

Kouellin motosikletinin 10 dəqiqə sonra mikroavtobusa çırpıldığı güman edilir. Britaniyalı hadisə yerində ölüb. 

Kouellin iki oğlu və övladlığa götürdüyü qızı qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4022

Oxşar yazılar