3 uşaq anasını qətlə yetirən HƏBS EDİLDİ
20 iyul 2020 15:02 (UTC +04:00)

3 uşaq anasını qətlə yetirən HƏBS EDİLDİ

İyulun 19-da saat 21 radələrində Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində 1995-ci il təvəllüdlü Nuranə Sətdarovanın öldürülməsi barədə məlumat daxil olub.

Ağdaş rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla 1988-ci il təvəllüdlü Tural Sətdarovun ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Nuranə Sətdarovaya bıçaq zərbələri vurub onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Tural Sətdarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, əri tərəfindən qətlə yetirilən Nuranə Sətdarovanın üç uşaq anası olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5680
avatar

Mehman Nəbiyev

Oxşar yazılar