3 tondan çox narkotik yandırıldı
16 sentyabr 2020 10:15 (UTC +04:00)

3 tondan çox narkotik yandırıldı

Oğuzda külli miqdarda narkotik bitki yandırılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş tədbirlər nəticəsində rayonun Calut kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə bitkiləri aşkar edilib. Ümumi çəkisi 3 tondan artıq olan 2550 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.

# 859
avatar

Mehman Nəbiyev

Oxşar yazılar