Sabirabadda çilingər özünü asaraq intihar edib.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Sabirabad şəhərindəki Şamaxı qəbiristanlığı adlanan ərazinin yaxınlığında yerləşən avtomobil təmiri sexində baş verib.
Həmin sexdə çilingər işləyən 29 yaşlı Sabirabad sakini İbrahimov Nizami Mübariz oğlu sexdə asılmış vəziyyətdə aşkar edilib.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.