İmişli sakini Qəbələ dağlarında itkin düşüb.
Lent.az xəbər verir ki, hadisə iyulun 25-də qeydə alınıb.
İmişli rayon sakini, 2000-ci il təvəllüdlü Çingiz Tapdıqov Qəbələ rayonunda qohumunun evindən çıxaraq dağa gedib və bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Lent.az-a açıqlamasında faktı təsdiqləyərək bildirib ki, qohumu onun itkin düşməsi barədə polisə məlumat verib.
Hazırda Ç.Tapdıqovun tapılması istiqamətində axtarışlar davam etdirilir.