Gəncə sakini bıçaq xəsarəti alıb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
1999-cu il təvəllüdlü Arzu Abdulayev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 23 yaşlı gənc oğlan özu-özünə bıçaqla xəsarət yetirib. Onun davranışının səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.