23 min dolları oğurlanan qadın  pulu buna görə yığıbmış
20 iyun 2023 15:20 (UTC +04:00)

23 min dolları oğurlanan qadın pulu buna görə yığıbmış

0

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Bakıda qadının 23 min dollarının oğurlanması ilə bağlı açıqlama yayıb.

Lent.az-ın məlumatına görə, o, açıqlamasında bildirib ki, hadisə ilə bağlı çoxlu suallar yaranıb:

"Bu, zəhmətkeş və ziyalı bir ailənin övladlarına ev almaq üçün topladığı pul olub. Arzularına gerçək etməyə çalışırdılar. Pulun yolda oğurlanması bir ailənin, bir gəncin istəklərini, zəhmətlərini alt-üst etmişdi. Ümid yeri kimi Səbail RPİ-nin 8-ci Polis Bölməsinə yaxınlaşan ailəni dinləyən polis əməkdaşları cinayətkarı qısa vaxt ərzində saxlayıblar. Oğurlanan pul ondan geri alınaraq ailəyə qaytarılıb".

***

Saat

12:41

Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə paytaxtın Səbail rayonunda baş verib.

Rayonun Ö.F.Nemanzadə küçəsində Bakı şəhər sakini olan bir qadının içərisində 80 manat, 23.500 dolları və sənəd olan cüzdanını Ağdam rayon sakini Xəyyam Məmmədov oğurlayıb. O, saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4743

Oxşar yazılar