Türkiyədə kişi özünü binanın 23-cü mərtəbəsindən atıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərinin Esenyurt bölgəsində qeydə alınıb.
Belə ki, 38 yaşlı Liviya vətəndaşı Taha H.A. evinin eyvanına çıxaraq özünü 23-cü mərtəbədən atıb. Kişi həmin vaxt işə getmək üçün evindən çıxan Mehmet Kahramanın üzərinə düşüb. Hadisə nəticəsində Taha H.A.ölüb, Mehmet Kahraman isə yaralanıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.