Ötən il Bakıda baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.
Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az-a bildirib ki, 2020-ci ildə ən çox yol qəzası 19 hadisə, 6 ölüm,18 xəsarət ilə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.
Onun sözlərinə görə, Babək prospekti (10-1-9), Neftçilər prospekti (9-3-16), Fətəli Xan Xoyski (7-1-6), Nobel prospekti (7-6-5), Qara Qarayev (10-2-10), Gəncə prospekti (5-3-3), Lökbatan-Xocahəsən yolu (11-8-9), Məhəmməd Hadi küçəsi (14-2-12), R. Rüstəmov küçəsi (7-4-8), Ağa Neymətulla (9-1-8), B. Çobanzabə (4-1-5), Koroğlu Rəhimov (6-1-6), Həsən Əliyev küçəsi (4-0-4) daha çox qəzaların baş verdiyi ərazilərdir. Nəticədə bu küçələrdə 161 fakt qeydə alınıb ki, 56 nəfər ölüb, 146 nəfər xəsarət alıb. Ümumi hadisələrin isə 35 faizini, ölənlərin 33.1, yaralananların isə 37.7 faizini təşkil edir.
Polis polkovniki 2020-ci ildə avtobusların iştirakı ilə baş verən qəzaların statistikasına da toxunub. Bildirib ki, avtobus sürücülərinin iştirakı ilə 26 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb, 22 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. “2019-cu il ilə müqayisə etdikdə avtobus sürücülərinin iştirakı ilə baş vermiş qəzalarda 7 hadisə, 1 ölüm, 10 xəsarət sayı azalıb.