Dayanma durmaya qarşı reyd
07 aprel 2021 17:18 (UTC +04:00)

Dayanma durmaya qarşı reyd

“20 Yanvar”da yolu zəbt edən sürücülər CƏRİMƏLƏNDİ - FOTOLENT

Yol polisləri dayanma-durma və parklanma
qaydalarını pozan sürücülərə qarşı növbəti reyd keçirib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yol polisləri tərəfindən paytaxtın müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də, 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin maarifləndirilməsi məqsədi ilə reydlər təşkil edilir. Metronun “20 Yanvar” stansiyasının yaxınlığında  keçirilən sonuncu reyddə avtobus dayanacaqlarının bir neçəsinin digər nəqliyyat vasitələri tərəfindən zəbt edildiyi aşkarlanıb.

Polis əməkdaşları tərəfindən həmin sürücülər, həmçinin, dayanma-durma qaydalarını kobud şəkildə pozan digər nəqliyyat vasitələrinin sahibləri barəsində inzibati protokollar tərtib olunub və dayanacaqların boşaldılmasını təmin edilib. 

Qeyd edək ki, dayanma-durma qaydalarını pozan sürücülər küçə və prospektlərdə, ictimai nəqliyyat üçün ayrılmış zolaqları, həmçinin avtobus dayanacaqlarını zəbt etməklə digər hərəkət iştirakçılarının narahatçılığına və haqlı narazılıqlarına səbəb olurlar.
 
Bir daha sürücülərdən “Yol Hərəkəti Haqqında” qanunun tələbləri çərçivəsində inzibati məsuliyyətə cəlb olunmamaları üçün dayanma-durma qaydalarına düzgün əməl etmələri tələb olunur.

# 2949
avatar

Mehman Nəbiyev

Oxşar yazılar