20 kilodan artıq narkotikin satılmasına imkan verilmədi - FOTO
23 iyun 2020 14:56 (UTC +04:00)

20 kilodan artıq narkotikin satılmasına imkan verilmədi - FOTO


Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. 

Daxili İşlər Nazirliyindən (DİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, idarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini  Zahir Zeynalov və Biləsuvar rayon sakini Səbuhi Hüseynov saxlanılıblar. Şəxsi axtarış aparılan zamanı Z.Zeynalovdan 76,38 qram  heroin, 21,51 qram marixuana, onun paytaxtın Nizami rayonunda kirayədə qaldığı mənzildən isə 21 kiloqram 7 qram qurudulmuş maixuana, 5,06 qram heroin, 24,55 qram həşiş və 13,70 qram tiryək aşkar olunaraq götürülüb. Səbuhi Hüseynov paytaxt ərazisində qaldığı evdən isə 459 qram tiryək, 754 qram həşiş aşkar olunub. Həmçinin araşdırma zamanı S.Hüseynovun onlayn yolla satdığı və Yeni Günəşli qəsəbəsi ərazisində yol nişanının altında gizlətdiyi 390 qtram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Beləliklə sonuncu əməliyyat nəticəsində Xətai RPİ əməkdaşları tərəfindən ümumilikdə 471 qram heroin, 472,7 qram tiryək, 778,18 qram həşiş və 23 kiloqram 21 qram marixuananın qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.  

Araşdırma zamanı müəyyən olunub ki, hər iki şəxs hələlik adı istintaqa məlum olmayan “Xalaoğlu Rəsul” adlı ilə tanıdıqları İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri qəbul edərək yaşadıqları evlərdə gizlədiblər. Daha sonra  Zahir Zeynalov və Səbuhi Hüseynov narkotik vasitələri paytaxtın müxtəlif ərazilərində yerləşdirərək “Whatsapp” ani mesajlaşma sistemi  vasitəsi ilə İran vətəndaşı ilə əlaqə saxlayaraq ona məlumat verməli imişlər. O, isə müştərilərin götürməsi üçün həmin yerlərin ünvanı onlara göndərməli imiş.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslər tutularaq istintaqa təqdim olunublar.  Cinayət işi üzrə zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1930
avatar

Oxşar yazılar

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43