Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Babək prospektindən Heydər Əliyev prospekti istiqamətində qeydə alınıb.
18 yaşlı Zamanov Anar Vüqar oğlu idarə etdiyi "Honda CİVİC" markalı avtomobillə yolu keçən 20 yaşlı Əlibəyov Elmar Səfərbəy oğlunu vurub. Nəticədə piyada yerindəcə keçinib.
Faktla bağlı Xətai rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.