18 yaşlı gənc yükqaldırıcıdan yıxılaraq öldü
10 noyabr 2021 03:06 (UTC +04:00)

18 yaşlı gənc yükqaldırıcıdan yıxılaraq öldü

0

Sumqayıtda şadlıq sarayında 18 yaşlı gənc yıxılaraq ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində fəaliyyət göstərən şadlıq saraylarının birində qeydə alınıb. 

Şadlıq sarayının yuxarı mərtəbəsinin mətbəx yerləşən hissəsinə  yükqaldırıcı vasitə quraşdırılıbmış. Həmin vasitə ilə yuxarıya ərzaq qaldırılan zaman orada çalışan 2003-cü il təvəllüdlü Adəm Əzimzadə hündürlükdən yıxılıb. Ağır bədən xəsarətləri alan 18 yaşlı gənc təcili tibbi yardımın köməyi ilə xəstəxanaya aparılsa da yolda keçinib.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1784

Oxşar yazılar