16 yaşlı arvadını öldürənlə bağlı YENİ XƏBƏR
31 yanvar 2020 12:53 (UTC +04:00)

16 yaşlı arvadını öldürənlə bağlı YENİ XƏBƏR

0

Masallı rayon Məhkəməsində toyundan sonra 16 yaşlı arvadını öldürməkdə şübhəli bilinərək saxlanılan İman Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Masallı rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, istintaq orqanının verdiyi təqdimat təmin edilib.

Məhkəmə İ.Məmmədovun barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, yanvarın 29-da Masallı rayonu, 19 yaşlı Xoşçobanlı kənd sakini İ.Məmmədov 2 həftə əvvəl evləndiyi Fatimə Qəmbərovanı yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlləri ilə boğaraq öldürüb. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. İ.Məmmədov cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2428

Oxşar yazılar