Volqoqrad vilayətində 12 yaşlı qız evlənmək üçün evdən qaçıb.
Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, 6-cı sinif şagirdi anasına məktəbi tərk edərək Penzadakı nişanlısının yanına getdiyini deyib.
Məlumata görə, noyabrın 1-də, günorta saatlarında məktəbli qız dərsdən sonra Dubovıy Ovraq kəndindəki evindən taksi çağırıb və stansiyaya tərəf gedib. Ananın sözlərinə görə, qızı Penzadan olan bir oğlanın arvadı olmağa qərar verib. Güman edilir ki, qız onunla sosial şəbəkələrdə tanış olub.
Balaca gəlin normal dərs oxuyurmuş və heç vaxt evdən qaçmayıb. Nişanlının kimliyi müəyyənləşdirilir. Polis həmçinin hadisə ilə bağlı şahidləri axtarır.