11 uşağının anasını  güllələyib   öldürdü
08 noyabr 2023 16:28 (UTC +04:00)

11 uşağının anasını güllələyib öldürdü

0

Malatyada 53 yaşlı Abdürrahim Nazin həyat yoldaşı, 11 uşaq anası 51 yaşlı Aytən Nazini tüfənglə güllələyib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, hadisə günorta saatlarında İskəndər rayonunda baş verib. Yaşadıqları 3 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində Abdürrahim Nazinlə həyat yoldaşı Aytən Nazin arasında mübahisə düşüb. Mübahisə qısa zamanda davaya çevriləndə Abdürrahim Nazin evdə olan tüfəngi götürərək həyat yoldaşını güllələyib. 

Silah səsini eşidən qonşuların xəbəri üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Sağlamlıq qrupunun ilk müdaxiləsindən sonra Malatya Təhsil və Araşdırma Xəstəxanasına aparılan Nazinin həyatını xilas etmək mümkün olmayıb.   

Hadisədən sonra Abdürrahim Nazin cinayət silahı olan tüfənglə polis qrupları tərəfindən tutularaq saxlanılıb. 

Bildirilib ki, hadisədən sonra polis bölməsinə aparılan cütlüyün övladları ifadələrində ata və analarının davamlı olaraq dava etdiyini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3828

Oxşar yazılar