101 yaşlı müharibə veteranı özünü öldürdü
07 dekabr 2020 14:21 (UTC +04:00)

101 yaşlı müharibə veteranı özünü öldürdü

0

Böyük vətən müharibəsinin 101 yaşlı veteranı Valeri Severinovun meyiti Moskvada Böyük Çeremuşkin küçəsindəyaşayış binalarından birinin pəncərəsi altında tapılıb.

Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, ilkin məlumata görə, Severinov intihar edib.

Valeri Severinov Hava-десant qüvvələrində pulemyot hissəsinin komandiri kimi xidmət edib. 1944-cü ildə Şərqi Avropaya köçürülüb, Macarıstanı və Avstriyanı azad edib. O, “Qırmızı Ulduz” və Vətən Müharibəsi ordeni, "İgidliyə görə", "Budapeştin azadlığı üçün", "Vyananı tutduğu üçün", "Praqanın qurtuluşu üçün", "Almaniya üzərində Qələbəyə görə" medalları ilə təltif edilib. Müharibədən sonra bir müddət “Foton” müəssisəsinin direktoru vəzifəsində çalışıb və 1997-ci ildə təqaüdə çıxıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2244

Oxşar yazılar