Bakıda 10 gün əvvəl vurulan piyada ölüb.
Lent.az xəbər verir ki, hadisə sentyabrın 20-də Nəsimi rayonu N.Yusifbəyli küçəsində qeydə alınıb.
Sumqayıt şəhər sakini 43 yaşlı Emin Məzahir oğlu Səfərov idarə etdiyi “VAZ-2199” markalı avtomobillə yolu keçən həmyerlisi 54 yaşlı Mahirə Əlihəsən qızı Hacızadəni vurub.
Xəstəxanaya yerləşdirilən qadın görülən tədbirlərə baxmayaraq, sentyabrın 30-da orada ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.