Bakıda 1 milyon 600 min dollar dələduzluq etməkdə təqsirləndirilən keçmiş polis Elvin Həşimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Lent.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azad Məcidovun icraatına verilib.
Qeyd edək ki, E. Həşimovun atası Elçin Həşimov Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisidir. Bu il avqustun 21-də Xətai rayon Məhkəməsində iş adamlarından birinin 1.600 000 (bir milyon altı yüz min) dolları məbləğində vəsaitini dələduzluq yolu ilə ələ keçirməsində ittiham olunan Elvin Həşimli barəsində prokurur tərəfindən həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilib.
Lakin hakim Bəxtiyar Məmmədovun qərarıyla təqsirləndirilən şəxslə bağlı həbs qətiimkan tədbiri seçilməyib.
Elvin Həşimov Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsində çalışıb.