Bayıl yamacında sürüşmə təhlükəsi yaranıb - YENİLƏNİB
Bayıl yamacında, Şəhidlər Xiyabanındakı “Əbədi məşəl” kompleksinin yaxınlığında yenidən sürüşmə riski yaranıb. Ərazidə yaşayan sakinlərin Lent.az-a verdiyi məlumata görə, sürüşmə zonasında aktivləşmə gecə saatlarında baş verib. Dərhal məsələ ilə bağlı baş nazirin müavini Abid Şərifov hadisə yerinə gəlib, həmin istiqamət üzrə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Hazırda ərazi polis nəzarətindədir və Bayıl yamacına aparan yollar bağlanıb.
Səbail rayon İcra Hakimiyyətinin Mülki Müdafiə Qərargahının rəisi Qulu Quliyev isə Lent.az-a açıqlamasında ərazidə təhlükəli vəziyyətin yarandığını təsdiqləyib: “Həmin ərazidə tikinti işləri aparılır. Bununla əlaqədar ərazidə aktivləşmə baş verib və sürüşmə riski artıb. Məsələ ilə bağlı məlumat daxil olan kimi hökumət tərəfindən yüksək səviyyədə reaksiya verildi, Baş nazirin müavini Abid Şərifov əraziyə gəldi”.
Q.Quliyev onu da qeyd edib ki, vəziyyət ciddi nəzarət altındadır. Həmin ərazidə aparılan tikinti işləri də dövlət tərəfindən nəzarətdədir.
Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bayıl yamacının Əbədi Məşəl istiqamətindəki hissəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir. Bir neçə yerdə mayaklar və ölçü mexanizmləri yerləşdirilib.
Əməkdaşımız xəbər verir ki, Gülüstan Sarayının yaxınlığında yolda 20 metr uzunluğunda və təxminən 3 sm enində qoşa çat əmələ gəlib. Həmin əraziyə nəqliyyatın buraxılmamasının səbəbi də budur.

Oxşar yazılar

Sumqayıtda münaqişə bıçaqlanma ilə nəticələndi
19 iyul 2025 , 22:04
Zuğulba şosesində maşın yandı, Mərdəkan istiqamətində sıxlıq yarandı
19 iyul 2025 , 20:59
Faciəli ÖLÜM: Kişi maqnit rezonans tomoqrafiya aparatında can verdi
19 iyul 2025 , 20:42
Mingəçevirdə tənha yaşayan qadının meyiti tapıldı
19 iyul 2025 , 19:28
Bakıda usta sexdə öldü
19 iyul 2025 , 18:00
İranda Məşhədə gedən avtobus aşdı, 21 nəfər öldü - VİDEO
19 iyul 2025 , 16:42
Kəlbəcərdə kişi qayadan yıxılıb öldü
19 iyul 2025 , 15:27