Gəncədə xuliqanlar iki polisi bıçaqladı
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 15-də saat 01:00 radələrində şəhərin Şah İsmayıl Xətai prospektində xidmətdə olan Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin əməkdaşları, kiçik polis serjantı Asim Əliyev və Vüsal Alıyev yaxınlıqdakı binanın qarşısında 5-6 nəfər mübahisə etdiyi, ictimai asayişi pozduğu üçün onlara yaxınlaşıb. Polis əməkdaşları həmin şəxsləri ictimai asayişi bərpa etməyə, qayda-qanuna riayət etməyə çağırıb.
Bu zaman mübahisə edən gənclər polis əməkdaşlarına bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. Hər iki polis əməkdaşı xəstəxanaya çatdırılıb. Alıyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağırdır.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində müvafiq maddə (xuliqanlıq) ilə cinayət işi başlanıb, istintaq aparılır.
Nizam RZA

Oxşar yazılar

Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 17 nəfər xəstəxanaya yerləşdirildi-YENİLƏNİB
20 iyul 2025 , 07:14
Sumqayıtda münaqişə bıçaqlanma ilə nəticələndi
19 iyul 2025 , 22:04
Zuğulba şosesində maşın yandı, Mərdəkan istiqamətində sıxlıq yarandı
19 iyul 2025 , 20:59
Faciəli ÖLÜM: Kişi maqnit rezonans tomoqrafiya aparatında can verdi
19 iyul 2025 , 20:42
Mingəçevirdə tənha yaşayan qadının meyiti tapıldı
19 iyul 2025 , 19:28
Bakıda usta sexdə öldü
19 iyul 2025 , 18:00
İranda Məşhədə gedən avtobus aşdı, 21 nəfər öldü - VİDEO
19 iyul 2025 , 16:42