Ayaz Mütəllibovun oğlu dəfn edildi
09 avqust 2011 15:35 (UTC +04:00)

Ayaz Mütəllibovun oğlu dəfn edildi

0
Lent.az-ın məlumatına görə, Yasamal qəbiristanlığında babasının yanında dəfn olunan Azad Mütəllibovun son mənzilə yola salınma mərasimində 200-dən çox adam iştirak edib. Keçmiş prezident də oğlunun dəfn mərasimində iştirak edib.

Onu da bildirək ki, bu gün Ayaz Mütəllibova başsağlığı verənlər sırasında Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və ADP sədri Sərdar Cəlaloğlu da olub.

Qeyd edək ki, Azad Mütəllibov uzun sürən xərçəng xəstəliyindən sonra 49 yaşında dünyasını dəyişib.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1005

Oxşar yazılar