Kürdəmir sakini qonşusunu ürəyindən bıçaqlayıb
09 avqust 2011 11:21 (UTC +04:00)

Kürdəmir sakini qonşusunu ürəyindən bıçaqlayıb

0
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, bu gün səhər saatlarında Qarasaqqallı kəndində kənd sakini Rəsulov Rüstəm Lazım oğlu qonşusu Əhmədov Mahir Vəkil oğlunu bıçaqlayıb. O, qonşusuna 3 bıçaq zərbəsi endirib. Zərbələrdən biri M.Əhmədovun döş qəfəsini dəlib və ürəyini zədələyib. Yaralı ağır vəziyyətdə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən R.Rəsulov tutulub.

Qeyd edək ki, qonşuların davasına səbəb yol məsələsi olub. R.Rəsulovun həyətinə gedən ara yolun qonşusu tərəfindən mənimsənilməsi onu özündən çıxarıb və bıçağa əl atıb.

Faktla əlaqədar araşdırmalar davam etdirilir.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 546

Oxşar yazılar