Keçmiş prezident Ayaz Mütəllibovun oğlu vəfat edib
08 avqust 2011 16:17 (UTC +04:00)

Keçmiş prezident Ayaz Mütəllibovun oğlu vəfat edib

0
Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) həmsədri, eks-prezident Ayaz Mütəllibovun oğlu Azad Mütəllibov vəfat edib.

ASDP-nin həmsədri Araz Əlizadə APA-ya bildirib ki, 49 yaşlı Azad Mütəllibov uzun sürən xərçəng xəstəliyindən sonra bu gün dünyasını dəyişib. Yas mərasimi sabah – avqustun 9-da saat 11.00-dan Təzə Pir məscidində başlayacaq. Azad Mütəllibov Yasamal qəbiristanlığında babasının yanında dəfn ediləcək.


Araz Əlizadə mərhumun atası Ayaz Mütəllibovun yas mərasiminə gəlib-gəlməyəcəyi barədə açıqlama verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 854

Oxşar yazılar