Günün tarixi
17 avqust 2011 08:00 (UTC +04:00)

Günün tarixi

0
17 avqust. İlin sonuna 136 gün qalır.

1812. Rusiya – Fransa müharibəsinin taleyinin həll edən Smolensk döyüşü baş verib
1928. Moskvada “Dinamo” stadionu açılıb
1929. Amerikalı pilot Frensis Qeri Pover anadan olub. 1 may 1960-cı ildə onun təyyarəsinin 20 000 metr yüksəklikdə Sovet hava məkanında vurulması növbəti diplomatik qalmaqala yol açıb
1942. Görkəmli opera və estrada müğənnisi (bariton), SSRİ xalq artisti Müslüm Maqomayev anadan olub
1950. İndoneziya Birləşmiş Ştatları unitar dövlətə - İndoneziya Respublikasına çevrilib
1950. Aktyor Cəfər Namiq Kamal anadan olub
1958. Şair Cəbiyev Əjdər Feyzulla oğlu (Əjdər Ol) anadan olub
1960. Qabon müstəqillik əldə edib
1993. Milli Məclis Lənkəran hadisələrinə siyasi qiymət verib
1994. Azərbaycanın xalq artisti skripkaçı Azad Əliyev vəfat edib
1998. Yazıçı Yusif Səmədoğlu vəfat edib
1999. Türkiyənin İzmit bölgəsində zəlzələ 20 000 insanın həyatına son qoyub
2002. Silahlı qüvvələrə yardım fondu təsis edilib
2006. Batumda Azərbaycan və Gürcüstan arasında Gürcüstanın Azərbaycan Respublikası qarşısında olan borc öhdəliyinin restrukturizasiyası haqqında Saziş imzalanıb.
2009. Narzan şəhərin polis idarəsində terror aktı zamanı 20 nəfər həlak olub, 138 nəfər xəsarət alıb
2009. Rusiyanın Sayan Şuşensk SES-da ciddi ekoloji problemlərə səbəb olan qəza baş verib

Günün aforizmi

“Borclu borclunun sağlığını istər”.

Atalar sözü
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 648

Oxşar yazılar