Günün tarixi
14 avqust 2011 08:00 (UTC +04:00)

Günün tarixi

0
14 avqust. İlin sonuna 139 gün qalır.

1064. Alp Arslanın qoşunu Ani vilayətini (indiki Gürcüstan ərazisində) tutub
1893. Dünyada ilk dəfə Fransada avtomobillərə nömrə nişanı tətbiq edilib
1935. ABŞ-da sosial sığorta sistemi tətbiq edilib
1941. Ədəbiyyatşünas Atababa Musaxanlı həlak olub
1943. Kazanda Kurçatovun rəhbərliyi ilə nüvə tədqiqatları institutu yaradılıb
1947. Pakistan müstəqillik əldə edib
1957. Xanəndə Alim Qasımov anadan olub
1971. Bəhreyn müstəqillik əldə edib
1980. Polşada “Həmrəylik” həmkarlar ittifaqı təsis edilib
1982. Coğrafiyaçı Əli Hüseynzadə vəfat edib
1992. Prezident Yeltsin Rusiyada çeklə özəlləşdirmənin başlamasına dair fərman verib
2003. Kanada və ABŞ elektrik şəbəkəsində qəza nəticəsində 50 milyon insan 30 dəqiqə elektriksiz qalıb, dövlətə 6 milyard dollar ziyan dəyib
2006. Hafiz Paşayev Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilib
2006. Azərbaycan və Almaniya arasında Maliyyə Əməkdaşlığı haqqında Saziş imzalanıb

Günün aforizmi

“Dikbaşlıq edərsə ən yaxşı bir at,
Misir eşşəyindən əksikdir qat-qat”.
Nizami
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 641

Oxşar yazılar