“Mitsubishi” at arabasını vurdu: 1 yaralı
0
0
Avqust ayının 8-də Xaçmaz rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Gəndob-Yalama yolunun 25-ci km-də qeydə alınıb. “Mitsibushi” markalı 10 UA 458 dövlət nömrə nişanlı yük maşını at arabasını vurub. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, at arabasında olan 1974-cü il təvəllüdlü Xaçmaz rayonu, Aşağı Zeyid kənd sakini Quliyev Feyruz Sədrəddin oğlu xəsarət alıb. O, dərhal Xaçmaz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan Lent.az-a verilən məlumata görə, 37 yaşlı F.Quliyev komadadır.
Faktla bağlı araşdırma aparılır.
Vəli Turan
Faktla bağlı araşdırma aparılır.
Vəli Turan
0
0