Bakıda 81 yaşlı qadın özünü 3-cü mərtəbədən atıb
0
0
Avqustun 8-də saat 01.00 radələrində Bakıda intihar hadisəsi baş verib. Yasamal rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, M.Seyidov küçəsi 50 ünvanında yerləşən 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yaşayan 1930-cu il təvəllüdlü Babayeva Zeynəb Mövsüməli qızı özünü öldürüb. 81 yaşlı qadın yaşadığı mənzilin mətbəx otağının pəncərəsinə çıxaraq özünü aşağı atıb.
Ağır xəsarət almış Z.Babayeva hadisə yerində ölüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsiilə iş başlanılıb. 81 yaşlı qadının intihar səbəbləri araşdırılır.
Nizam RZA
0
0