Rus gəlin Bərdədə istidən öldü
04 avqust 2011 18:34 (UTC +04:00)

Rus gəlin Bərdədə istidən öldü

0
Avqustun 3-də saat 23:30 radələrində Bərdə rayonunda günvurmadan növbəti ölüm hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, 1965-ci ildə Rusiya Federasiyasının Perm vilayəti Berşet kəndində anadan olmuş RF vətəndaşı olan Ustyantseva İrina Aleksandrovna həyat yoldaşı Hüseyn Məmmədovun evində ölüb. İlkin ehtimala görə, 46 yaşlı qadın kəskin istilər səbəbindən dünyasını dəyişib.

Məlumata görə, İ.Ustyançeva H.Məmmədovla 2009-cu ildə ailə həyatı qurub və cütlük Rusiya Federasiyasında yaşayırmış. Bu günlərdə isə onlar Azərbaycana qonaq gəliblər.

Soyuq iqlimə öyrəşmiş qadın burda özünü pis hiss edib və ürəyindən şikayətlənib. Çox keçmədən o, dünyasını dəyişib.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 517

Oxşar yazılar