Müğənni Nüşabə Ələsgərlinin yol polisi ilə növbəti qalmaqalı
0
0
Müğənni Nüşabə Ələsgərli ikinci dəfə yol polisləri ilə problem yaşayıb. Lent.az-ın məlumatına görə, müğənni Bakının Nərimanov rayonu ərazisində yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılıb. Müğənninin 10 LZ 101 dövlət nişanlı “Mercedes-ML” markalı maşını yüksək sürətlə hərəkət edib və qırmızı işıqdan keçib. Bunu görən yol polisi maşının sürücüsünə saxlamaq əmri versə də, onlar tabe olmayıb.
Nəhayət, avtomobil saxlanılıb. Məlumata görə, əraziyə əlavə qüvvə çağırılıb. Müğənni Nüşabə Ələsgərli və onun sürücüsü nə maşından düşür, nə də sənədləri təqdim edir.
Hazırda Lent.az-ın əməkdaşı hadisə yerinə gedib.
Xatırladaq ki, analoji olay fevral ayında baş tutmuşdu. Dövlət Yol Polisinin keçirdiyi reyd zamanı müğənni Nüşabə Ələsgərli yol hərəkəti qaydalarını pozduğuna görə “Lido” restoranının qarşısında saxlanılmışdı. O zaman da müğənni və onun sürücüsü ilə yol polisləri və jurnalistlər arasında olay yaşanmışdı.
Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Nüşabə Ələsgərli A.Bakıxanov və Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Serjant İbrahimov bildirib ki, sürücüdən sənədlər tələb olunduğu zaman maşının arxa oturacağında əyləşən müğənni ilə yol polisi əməkdaşı arasında insident yaşanıb. Müğənni yol polisi əməkdaşını təhqir edərək “sən nə zibilsən ki, bizi saxlayırsan?” deyib. Hadisə yerinə Post Patrul Xidmətinin Çevik Polis Alayının əməkdaşları çağırılıb.
Televiziyadan çəkiliş qrupunun gəldiyini bilən Nüşabə Ələsgərli isə maşınını tərk edərək hadisə yerindən ayrılıb.
Nizam RZA