Yol polisi Nüşabə Ələsgərlini saxladı
04 avqust 2011 16:56 (UTC +04:00)

Yol polisi Nüşabə Ələsgərlini saxladı

0
Müğənni Nüşabə Ələsgərli ikinci dəfə yol polisləri ilə problem yaşayıb. Lent.az-ın məlumatına görə, müğənni Bakının Nərimanov rayonu ərazisində yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılıb. Müğənninin 10 LZ 101 dövlət nişanlı “Mercedes-ML” markalı maşını yüksək sürətlə hərəkət edib və qırmızı işıqdan keçib. Bunu görən yol polisi maşının sürücüsünə saxlamaq əmri versə də, onlar tabe olmayıb.

Nəhayət, avtomobil saxlanılıb. Məlumata görə, əraziyə əlavə qüvvə çağırılıb. Müğənni Nüşabə Ələsgərli və onun sürücüsü nə maşından düşür, nə də sənədləri təqdim edir.

Hazırda Lent.az-ın əməkdaşı hadisə yerinə gedib.

Xatırladaq ki, analoji olay fevral ayında baş tutmuşdu. Dövlət Yol Polisinin keçirdiyi reyd zamanı müğənni Nüşabə Ələsgərli yol hərəkəti qaydalarını pozduğuna görə “Lido” restoranının qarşısında saxlanılmışdı. O zaman da müğənni və onun sürücüsü ilə yol polisləri və jurnalistlər arasında olay yaşanmışdı

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 579

Oxşar yazılar