Azərbaycanda 5 nəfər bədbəxt hadisələrin qurbanı olub
0
0
Avqustun 3-də Azərbaycan ərazisində baş vermiş bədbəxt hadisələr nəticəsində 5 nəfər ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonunun Fatmayı kənd sakini Nurlan Seyidovun evində, orada fəhlə işləyən Tovuz rayon sakini Emin Həsənov elektrik cərəyanı vurması nəticəsində ölüb.
Samux rayonunun Sərkar kənd sakini Ədil Məmmədov isə həyətindəki elektrik dirəyindən yıxılaraq dünyasının dəyişib.
Digər bədbəxt hadisə tikinti şirkətində qeydə alınıb. Yevlax şəhəri ərazisindəki “Qaraçay” tikinti şirkəti tərəfindən inşa olunan 5 mərtəbəli evdə işləyən şəhər sakini Hacıağa İsmayılov 5-ci mərtəbədən yıxılıb. H.İsmayılov xəstəxanaya aparılarkən yolda ölüb. Bərdə rayon sakini İlqar Həsənov Xanabad kəndi ərazisindəki qayalıqdan yıxılması, Göyçay rayonunun Ləkçıplaq kənd sakini 15 yaşlı Kamran Rüstəmov isə Şirvan su kanalında çimərkən ehtiyatsızlıqdan boğulması nəticəsində ölüb.