DİN kolbasa sexindəki partlayışla bağlı məlumat yaydı
04 avqust 2011 12:52 (UTC +04:00)

DİN kolbasa sexindəki partlayışla bağlı məlumat yaydı

0
Daxili İşlər Nazirliyi Bakıda 3 nəfərin ölümü ilə nəticələnmiş partlayışla bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 3-də saat 11.30 radələrində Nərimanov rayonu ərazisində, Bakı şəhər sakini Rövşən Ağagülova məxsus kolbasa sexinin həyətindəki soyuducuda qaynaq işləri aparılarkən qaz balonu partlayıb.

Nəticədə R.Ağagülov və orada işləyənlər - Bakı şəhər sakini Nurlan Xəlilov və Lerik rayon sakini Asəf Vahabov hadisə yerində ölüb. Xəsarət almış Bakı şəhər sakinləri Əli Cəfərov, Cahid Rəcəbov və Biləsuvar rayon sakini Vasif Əzizov isə xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti orta ağırdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 500

Oxşar yazılar