Müəmmalı qətlin üstü açıldı
04 avqust 2011 12:30 (UTC +04:00)

Müəmmalı qətlin üstü açıldı

0
Xaçmazda törədilən müəmmalı qətl hadisəsinin üstü açılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 2-də Xaçmaz rayonu Tel kəndi ərazisində meyiti tapılan 1981-ci il təvəllüdlü Cümşüd Xudaverdiyevin Qəbələ rayon sakinləri Sərxan və Orxan Fərzəliyev qardaşları tərəfindən öldürüldüyü müəyyənləşib.

Hər iki şəxs saxlanılıb.


Qeyd edək ki, C.Xudaverdiyev iyulun 30-dan itkin şəxs kimi qeydiyyatda olub. O, özünə məxsus “Hyundai Santa Fe” markalı avtomobillə evdən çıxıb. Quba sakininin üzərində zorakılıq əlamətləri olan meyiti 3 gün sonra Xaçmazın Nabran qəsəbəsi ərazisində tapılıb. Onun bədənində kəsici-deşici alət izləri olub.

Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi barədə hələlik məlumat yoxdur. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 736

Oxşar yazılar