Bakıda avtomobil gölə düşdü, sürücü öldü
03 avqust 2011 18:17 (UTC +04:00)

Bakıda avtomobil gölə düşdü, sürücü öldü

0
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “VAZ” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı gölə düşüb.

Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, sürücü - 1953-cü il təvəllüdlü Məmmədov Şəfaqət Ağamirzə oğlu həlak olub. Hadisə yerinə cəlb olunmuş xilasedicilər avtomobili sudan çıxarıb. Daha sonra xüsusi alət və avadanlıqlar vasitəsilə Ş.Məmmədovun cəsədini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 520

Oxşar yazılar